Ru
13:40 / 20 İyul 2019

Tələbə universiadasında medal qazanan idmançılarımız bu qədər pul alacaq - RƏQƏMLƏR

2585
 

Prezident İlham Əliyev "İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.


Bakupost.az-ın məlumatına görə, sərəncama əsasən, İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:


- birinci yeri tutan hər bir idmançı – 50 min manat, onun şəxsi məşqçisi – 25 min manat;


- ikinci yeri tutan hər bir idmançı – 30 min manat, onun şəxsi məşqçisi – 15 min manat;


- üçüncü yeri tutan hər bir idmançı – 20 min manat, onun şəxsi məşqçisi – 10 min manat;


- komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Tələbə universiadasında medal qazanan idmançılarımız bu qədər pul alacaq -  RƏQƏMLƏR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər