Ru
13:38 / 19 Fevral 2021

Tələbəni təhqir edən direktor cəzalandırıldı

Tələbəni təhqir edən direktor cəzalandırıldı
Eye

Sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.

"Bakupost"un məlumatına görə, ADMİU-dan "Report"a bildirilib ki, bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb:



"Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb. Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar