Ru
17:12 / 22 Avqust 2019

Telefon almadığı üçün anasını öldürənə AĞIR CƏZA

2975
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi məhkəmə prosesi başa çatıb.


Hakim İlham Mahmudovun sədrlik etdiyi prosesdə hökm oxunub.


Hökmə əsasən, E.Müslümov 17 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, hadisə bu ilin fevral ayının 18-də Bakının Nərimanov rayonu ərazisində baş verib. İttihama görə, 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını öldürüb.


O, ilkin ifadəsində anasını ona "smartfon” telefon almadığı üçün öldürdüyünü deyib. E.Müslümov ifadəsində bildirib ki, ailə-məişət münaqişəsi zamanı stulla anasının sinə nahiyəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.


Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq hadisə yerindən qaçıb.


Fevralın 19-u saat 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib.


E.Müslümova Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib. 

(report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər