Ru
17:47 / 24 İyun 2019

Telman İsmayılovun oğlunun mülklərinə həbs qoyuldu - FOTOLAR

2500

 

Moskvadakı "Çerkizov” bazarının keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun Qaradağdakı aktivlərinə həbs qoyulub.
"Kommersant” xəbər verir ki, T.İsmayılov uzun illər öncə BM-Bankda (VTB-yə 100 faiz məxsus olan keçmiş "Bank Moskva”) iri məbləğdə kreditlər alıb və geri qaytarmayıb.
Podqoritsa (Monteneqro) şəhərinin məhkəməsi VTB-nin hüquqşünaslarının ərizəsini təmin edərək, "Montenegro Management Group d.o.o.” (MMG) şirkətində Ə.İsmayılova məxsus səhmlərin 100 faizinə həbs qoyulması haqqında qərar qəbul edib.


Bundan başqa, "Casino Avala Budva d.o.o” şirkətində MMG-yə məxsus səhmlərin 50 faizinə təminedici tədbirlər tətbiq edib. "Casino Avala Budva d.o.o” Budva şəhərində eyniadlı kazionun balans saxlayıcısıdır. Həmçinin, daha bir şirkətin – "Sanata d.o.o.”nun 20 faiz səhminə həbs qoyulub. Ə.İsmayılov həmin şirkətin baş direktoru və şərikidir. Monteneqroda oyun biznesi ilə məşğul olan Ə.İsmayılovun problemləri atasına görə yaranıb. "BM-Bank” 2012-2014-cü illərdə T.İsmayılovun şirkətlərinə - "Ruslayn 2000” MMC və "Tropicano Finance B.V” (Niderland) - 230 milyon dollardan artıq məbləğdə üç kredit verib.

Kreditlər üzrə zaminlər qismində İsmayılovun özü və Kiprin "Tandum Ltd” şirkəti çıxış ediblər. Sonuncu İsmayılovun nəzarətində olub. Borclular tədricən kreditlərə xidmət göstərməyi dayandıraraq, banka 15 milyon rubldan artıq borclu qalıblar.

"BM-Bank”ın hüquqşünasları müəyyənləşdiriblər ki, "Tandum Ltd” şirkəti Ə.İsmayılova aktiv şəkildə kredit verib. O, bir neçə il ərzində borc qismində 12,3 milyon dollar alıb və qaytarmayıb. Hazırda onun "Tandum” qarşısında borcu yığılan faizlər nəzərə alınmaqla, 19,2 milyon dolları ötüb. Bu borcun ödənilməsi çərçivəsində Ə.İsmayılovun aktivlərinə həbs qoyulub.
Telman İsmayılovun oğlunun mülklərinə həbs qoyuldu -  FOTOLAR
Telman İsmayılovun oğlunun mülklərinə həbs qoyuldu -  FOTOLAR
Telman İsmayılovun oğlunun mülklərinə həbs qoyuldu -  FOTOLAR
Telman İsmayılovun oğlunun mülklərinə həbs qoyuldu -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər