Son günlər 2017-ci ildə çoxsaylı hərbçilərə qarşı aparılan cinayət işindəki qanunsuzluqlar və istintaq çərçivəsində ordunun ruhunu sarsıtmağa yönələn dəhşətli işgəncələr ictimaiyyətin gündəmindədir.
Bakupost.az bununla bağlı ictimai fəal Bəxtiyar Hacıyevin ümumiləşdirməsini təqdim edir:
- 2017-ci ildə 4 rəsmi qurum birlikdə açıqlama yayaraq, bir qrup hərbçimizin Ermənistanın xeyrinə casusluq etməsi barədə cinayət işi açıldığını bildirdi. Lakin həqiqətən də onlar Ermənistana işləyiblərmi, yoxsa, əsl xainləri gizlətmək üçün yüzlərlə əsgər və zabitə misli görünməmiş işgəncələr verilib?
- Əvvəlcə təqdirləndirilənlərin hansı işgəncələr gördüklərini həmin şəxslərin özləri və yaxınlarının dediklərindən ümumiləşdirək:
İşgəncələr:
▪ Əl-ayaqlar bağlı halda döyülmək, suda boğmaq
▪ Əl və ayaq dırnaqlarının kəlbətinlə çıxarılması
▪ Əl və ayaqlar bağlı şəkildə yuxarı mərtəbələrdən aşağı atılması
▪ Cinsiyyət orqanlarına və bədəninə elektrik cərəyanı verilməsi
▪ Cinsiyyət orqanına elektrik cərəyanı verilərək partladılması
▪ Gözlərin göz dəliyindən çıxarılması
▪ Bağırsaqlarına dəmir armaturun daxil edilməsi
▪ Plastik su borularını yandıraraq ərimiş plastiki çılpaq bədənə damızdırmaq və yara yerinə duz, istiot tökmək
▪ Günlərlə ac-susuz saxlanılmaq
▪ Ata və övladı birlikdə gətirib, övladın atanın başına sidik ifrazı etməyə məcbur etmək.
▪ Rezin boru ilə zorlama
▪ Armaturla zorlama
▪ Hərbi qulluqçuların ağzına lampa qoyub, bədənindən cərəyan keçirməklə o lampanı yandırmaq
▪ Su şüşələri üzərində otuzdurmaq
▪ Diz qapaqlarının drellə deşilməsi
▪ və digər qəddar üsullar.
Əsgər və zabitlər qarşısında qoyulan tələb bu olub ki, ya ermənilərə işlədiyini etiraf etməlisən, ya da öləcəksiniz.
Onlara səslənən ittihamları qəbul etməyən və işgəncələrə dözən hərbçilərə bildiriblər ki, atanız, ananız və yoldaşlarınızı gətirib, onları zorlayacağıq. Bəzilərinə isə övladlarının öldürüləcəyi ilə bağlı təhdidlər edilib.
İşgəncələr nəticəsində ölən hərbçilərlə bağlı rayon icra hakimiyyəti səviyyəsində “vətən xaini” kampaniyası başladılmış, onların övladları “vətən xaininin uşağıdır” damğası ilə məktəblərdə psixoloji təqibə və təzyiqə məruz qalmışdır.
Ən azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb, ancaq bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. Öldürülən hərbçilərin cənazələrinin yuyulmasına, normal dəfninə imkan verilməyib, polis nəzarəti altında tələsik dəfn ediliblər. Yerli icra hakimi nəzarətində onların vətən xaini olması barədə təbliğat aparılıb.
Öldürülənlərdən bir neçəsinin ailəsinə ölümlərindən sonra rəsmi məlumat verilib ki, onların təqsiri sübuta yetirilməyib. Yəni, günahsız olaraq işgəncəyə məruz qalıblar və öldürülüblər.
25 hərbçi həbs edilib, yüzlərlə hərbçi zərərçəkən olub. Zərərçəkənlərin dediklərinə görə, 200-ə yaxın hərbçiyə eyni məkanda bənzərsiz işgəncələr verilib. Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu aprel döyüşlərində xüsusi fəallıq nümayiş etdirmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olublar.
Nədənsə, məhkəmə işgəncələr faktını araşdırmayıb və həbs edilən hərbçilər barədə uzunmüddətli azadlıqdan məhrumetmə barədə hökm çıxararkən yalnız onların öz ifadələrinə istinad edib. Halbuki, həbsdə olan hərbçilər işgəncələr altında etirafedici ifadələr verdiklərini bildiriblər.
Bu bənzərsiz işgəncələrin məqsədlərindən biri əsl xəyanətkarları və satqınları gizlətmək üçün törədilmiş cinayətləri başqalarının üzərinə yıxmaq olub.
"Tərtər işi" kimi tanınan misli görünməmiş bu işgəncə, xəyanət və şərləmə kampaniyasını araşdıran, ictimailəşdirən və qurbanları müdafiə edən ən fəal şəxslərdən biri hüquq-müdafiəçisi Oqtay Gülalıyev olub. O, 2019-cu ilin oktyabr ayında mətbuat konfransından qayıdarkən müəmmalı şəkildə avtomobillə vurulur və bu günə qədər komadadır.
"Tərtər işi" cəmiyyət tərəfindən, hüquq-müdafiəçiləri, müstəqil jurnalistlərin də daxil olacağı yeni bir komissiya tərəfindən yenidən araşdırılmalı, bu işgəncələri və insan faciələrinə yol açan əsl xəyanətkarları taparaq, işgəncə verməyi əmr edənləri cəzalandıraraq, günahsız şəxslərə bəraət və kompensasiya verilməsini təmin etməlidir.
Etiraf edək ki, bu məsələni araşdırmaqda, ictimailəşdirməkdə gecikmişik. Amma bu işin qurbanları olan ailələrin və anaların rahatlığı üçün, gələcəkdə belə xəyanətkar işgəncələrin olmaması üçün günahkarlar cəzalana qədər, ədalət bərpa olunana qədər Azərbaycan cəmiyyəti bu hadisələrə susmamalıdır, hər gün bu mövzudan yazılmalıdır.
Men ölüm yere girim bele bir ölkede yaşayıram içimdeki bunu edirse gör ermeni ne eder ele özümüz günahkar olduk günah bizdedi ki bele şerefsizleri dövlet başçısı seçin gelib istifade eden qüvvelerde ordunun rehberliyinde her işi ört basdır ELESIN ağa bizik biz deyen olacaqdı kişide bizik bizden böyük kişide yoxdu bu veten xainlerinin xisleti budur bundan artıq ne gözlemek olar ne deyim Vallah orduda hell olunmayan meseleler varsa veten müharibesinin qelebeside müemmalıdı burda ermeni ikinci hiyle planı qurdu çekildiler ermeniler geri bizimkiler getdi öne burda gizli plan var bizim millete qelebe adı altında opşor hereketler
Hələ bura harasidir,görəcəkli günlər irəliədir.
Tərtər cinayətləri araşdırılmayacaq,nə qədər ki ,bu rejim iş başındadır
Mən deyirəm ki bizim millətin içərisində elə əclaflar varki erməni olardan yaxwidi. Allah qabagalarina çıxarsın inşəallah. Əsl vətən xaini elə bu işgəncələri günahsız insanlara EDƏNLƏRDIR.ALLAH necə səbr edir görəsən bu ədalətsizliyə?
Tofiq Shahmuradov herbi jurnalist o bu ishi ort basdir edirdi
Bu cinayəti edənlərin özləri ermənilərə işləyiblər. Aprel döyüşlərindən narahat olub bu cinayəti etməklə xalqın qələbə əzmini boğmaq istəyiblər. Allah günahkarların cəzasını versin.
Erməniıərdən heç bir fərqləri yoxdu day bunların. Lənət olsun bunlar kimi insanlara. hökümət dəyişmədikcə bunlar çox belə şeylər edəcəklər.
Daha heç kim demesin ki ermeniler qeddardir. Bu yazdiqlarinizi eyer yerliler edibse, artiq dunyaya xocali faciesini filanj catdirmagin yeri yoxdur. Allah lenet elesin! Edir de! "Qorxma o kesden ki, bedene ezab vere bilir! lakin qorx o kesden ki bedene de Ruha da ezab vere bilir" (Incilden aye)
Bütün hallarda əsl xəyanətkarlar tapılmayıbsa, onların əvəzinə başqa şəxslər cəza çəkirsə, deməli başımız hələ də bəladadır. Vaxt gələcək həmin xəyanətkar rəhbər vəzifəli şəxslərin övladları da öz valideyninin yolunu davam etdirəcək. Bu da o deməkdir ki, biz vətənini sevməyən, xarici xüsusi xidmət orqanlarına "işləyən" şəxslərin idarəçiliyinin qurbanı olmamaq üçün əlimizdən gələni etməliyik.
Mən Soltanlı Nəcməddin Arazxan oglu 2017 may hadisələr də işgəncə almış şəxsin mənə həmən işgəncələrdə verilən işgəncələrə görə səhətimdə olan prablemlə əlaqədar olarak gedrəm müdafiyə nazirliyinin hərbi hospitalına məni malice etmələr mən neynyim hara müraciət edim xayiş edrəm mənə kömək edin Canab Ali Baş Komandan sizdən xayiş edirəm ki mənə kömək edin mənim müalicəm olunsun
Mən tam əminəm ki, başda Nəcməddin Sadıxov olmaqla onun ətrafı və digər ermənipərəst qüvvələr özlərinin etdikləri çoxlu sayda xainliyin, Ermənistan MTX-nə "işverənlik" etməyin üstünün açılacağı bir məqamda digər hərbi qulluqçuları qəsdən ittiham edərək onlara müxtəlif işgəncələr vermişlər. Məhz bunun nəticəsidir ki, istintaq orqanları (real araşdırma aparan) çaş-baş qalıb və hələ də hadisənin tam təfərrüatı ictimaiyyətə elan edə bilməyiblər. Əgər xainlik edilibsə Az.Resp. CM-nin müvafiq maddəsilə təqsirli bilinərək cəza tətbiq oluna bilərdi. Görün aramızda hələ də neçə-neçə xainlər öz "vəzifələrini" icra etməkdə davam edirlər. Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsində ölkəmizin qalib gəlməyinin ən əsas səbəbi xalqımızın əzmi, hərbçilərimizin vətənpərvərliyi ilə yanaşı adıçəkilən şəxslərin silahlı qüvvələrdən qismən də olsa uzaqlaşdırılması olmuşdur.
bu cür vicdansız insanların ucbatından gül kimi ailələr yarımçıq qaldı...
Azerbaycanlıyam demeye adam utanır. Ne güne qaldın, veten?!
Belədə özbaşınalıq olar əziyətlə uşaq böyüt hərbi xidmətdə göndər öz millətindən olanda zülüm etsin ! Dəhşətdi bu belə satqınlara erməni xislətlilərə ömurlük cəza vermək lazımdır !nəyə və kimə arxalanırlar!
Azərbaycanlının,Azərbaycanlıların bu rəzillikləri etməsi ağıla sığıılacaq kimi deyil.Hələ bu rəzillik öz millətimizin əliylə edilibsə,və bu müddətdə susurlarsa.