Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a bundan sonra Azərbaycandan aldığı sifarişləri birbaşa istifadəçilərin yaşadığı ünvana çatdıracaq.
Bəs, sifarişləri necə vermək olar? Bunun üçün hansı qaydalara əməl etmək lazımdır?
Bakupost.az xəbər verir ki, bununla bağlı "Trendyol"un saytında məlumat paylaşılıb.
Məlumatda alıcının 5 mərhələdən keçərək sifarişini tamamlaya biləcəyi qeyd olunub:
1. “Azerbaycan Adresinden Teslim Al” seçiminə kliklə.
2. Səbətə “Azerbaycan teslimatına uygun” yazılan məhsul və ya məhsulları əlavə et.
3. Çatdırılma ünvanı olaraq Azərbaycan ünvanınızı yazın və ya sizin üçün ən əlverişli qəbul nöqtəsini seçin.
4. Gömrük bəyannaməsi SMS-i gəldikdən sonra e.customs.gov.az ünvanına və ya Smart Customs tətbiqinə daxil ol. Gömrük bəyannaməsini tamamla.
5. Bağlamanı fin kod ilə təslim al.
Eyni zamanda, saytda Gömrük bəyannaməsini necə hazırlanmaq lazım olduğu da izah edilib:
-e.customs.gov.az ünvanına və ya Smart Customs tətbiqinə daxil ol.
- Sadələşdirilmiş bəyannaməyə klikləyərək Elektron Ticarət bölməsini seç.
- Müvafiq bəyannaməni seçdikdən sonra şəxsi məlumatlarını doldur.
- Bağlama haqqında tam gələcək məlumatı yoxla.
- Bağlamaya daxil olan məhsul və ya əşyaları əlavə et.
- Bəyannamənin təsdiqini tamamla. Əlavə rüsum tələb olunarsa, onlayn ödə.
Azərbaycan gömrük qanunvericiliyinə uyğun olaraq, xaricdən ayda cəmi 300 ABŞ dolları məbləğinədək alış-veriş üçün gömrük rüsumu tutulmur. Bu limiti aşdığın zaman sifarişinə görə gömrük rüsumu ödəməlisiniz.
Həmçinin saytda “Sifarişim nə zaman gəlir?”, “Fakturamı necə əldə edə bilərəm?”, “Çatdırılma rüsumu varmı?” kimi sifarişçilər tərəfindən tez-tez verilən suallara da cavab verilir.
Sizi maraqlandıran suallarla ətraflı şəkildə bu linkə daxil olaraq məlumat əldə edə bilərsiniz:
Aynur
BakuPost
Salam smart customs 'ta, 300 dollari kecmisen deye , menden elave pul cixdilar ama men 300 dollar deyerinde mal almamisam pilumu nece geri ala bilerem? 300 dollar 510 manat puldu men ise 330 manatliq mal vurmusam
Salam bəyannamədən keçirəm ama təsdiq olunmur nə etməliyəm ?
salam.Trendyoldan 2 don sifariş etmişəm.Hələdə xarici anbardadı
Salam men 180 man yaxin mal aldim mene deyir goruk rusumu ode 80 man mes limit 300 dolardi nece doldu bu limit 300 dolar bizim pula nece manatdi cox odemesem bu rusumu nece olacaq bilen var?
Beyennamede deyilirki guya bu sy 300 dollar limit asmisam amma cemi 100 liraliq Mal almisam menden gòmruk rùsumu isteyirler 15m kofta sifaris etdim dryir 300m gőmrùk òde odemesem nece olacaq
Salam, smart customs'ta bəyan etdikdən sonra, vadi ve Starex kargolarında faturanın şəklini əlavə etmək lazımdır yoxsa ehtiyac yoxdur? İlk dəfədir birbaşa Azərbaycana sifariş edirəm ona görə dəqiq bilmirəm
Trendyoldan birbasa gələn mallarimizi 2ci sifarişimizdə poct vastəsilə ilə catdirilmada cəki pulu alinir?biz rayonda qaliriq evə catdirilma yoxdu