Türkiyənin Çanaqqala vilayətində balıqçılar 5 metrlik akula tutublar.
Bakupost Türkiyə mediasına istinadən xəbər verir ki, balıqçılar 1 ton çəkisi olan camgöz cinsi akulanı uzun müddət sudan çıxara bilməyiblər.
Qeyd edək ki, hadisə yerli sakinlərin marağına səbəb olub və onlar nəhəng akula ilə şəkil çəkdiriblər.
Vəsilə İbrahim
BAKUPOST