Xəbər verdiyimiz kimi, avqustun 2-dən Türkiyədə İnstaqrama giriş bloklanıb.
Bakupost.az xəbər verir ki, qərardan sonra Türkiyənin itkisi 2 milyard lirəyə yaxınlaşıb.
Bəs Türkiyədə instaqram nə zaman açılacaq?
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, “Həm qanunla müəyyən etdiyimiz qaydaları, həm də bəzi sosial həssaslığı nəzərə almadıqda, lazımi müdaxilələr etmək məcburiyyətindəyik. Dostlarımız hazırda Türkiyə təmsilçisi olan müvafiq şəxslə danışıqlar aparır. Bilirsiniz, bizim həssaslığımız, orada çatışmazlıqlar göz qabağındadır. Onlar həmin çatışmazlıqları aradan qaldırandan bir saat sonra biz məsələni həll edəcəyik”, - deyib.
Bildirilir ki, blokun nə vaxt aradan qaldırılacağı İnstaqramın münasibətindən asılıdır.
Qeyd olunur ki, problemli məzmun silinərsə, qısa müddət ərzində İnstaqrama giriş bərpa olunacaq.
Elnur
BakuPost