Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesini təyin edib.
BakuPost xəbər verir ki, vəzifəyə Türkiyənin Baş Qərargah Müfəttişliyi və Qiymətləndirmə müdir köməkçisi general İsmayıl Hakkı Kosealı gətirilib.
Ərdoğanın əmrinə əsasən, Türkiyə Silahlı Qüvvələrinin bir sıra hərbi hissələrində generallar və admirallar təyin edilib.