Ru
09:41 / 22 İyul 2019

“Twitter” məşhur İran KİV-lərinin səhifəsini blokladı

1628
"Twitter” sosial şəbəkəsi fars dilində dərc olunan bir sıra İran kütləvi informasiya vasitələrinin hesablarını əngəlləyib.


"RİA Novosti” xəbər verir ki, əngəllənən farsdilli səhifələr IRNA, YJC və "Mehr” agentliklərinə məxsus olub. Onların digər dillərdəki hesabları aktiv qalıb.Əngəllənməyə bir neçə İran fiziki və hüquqi şəxslərinin akkauntları da məruz qalıb.


"Mehr”in məlumatına görə, onun "Twitter»dəki iki hesabı Hörmüz boğazında Britaniya tankeri "Stena Impero”nun İran tərəfindən saxlanılması xəbərinin dərc edilməsindən sonra bloklanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər