Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:45 / 07 Sentyabr 2022

Ukraynada qazimiz aclığa başladı - Vəziyyəti ağırdır - FOTO

8270
Artıq bir müddətdir ki, Ukraynada həbsdə saxlanan Vətən müharibəsi qazisi Misir Qasımlı sentyabrın 5-dən etibarən aclıq aksiyasına başlayıb.


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun vəkili Anatoli Volkovun Bakupost.az -a verdiyi məlumata görə, bu gün səhər saat 04:00-da saxlanıldığı müvəqqəti təcridxanada qazinin halı pisləşib və həkimlər cəlb olunub:


"Həkimlər ona ilkin tibbi yardım göstərib. Lakin o, hələ də aclıq aksiyasını davam etdirir. Vəziyyəti ağırlaşır".


Xatırladaq ki, Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev bir il bundan öncə həbs olunub.


Azərbaycanlılar Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, sübut olunmur.


Ona görə də 1 il 2 aydır ki, müvəqqəti təcridxanada saxlanılırlar.


Qeyd edək ki, Misirin hüquqlarını Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor Təşkilatının hüquqşünasları tərəfindən qorunur. Bundan başqa Diaspor sədri Hikmət Cavadov, eləcə də idarə heyətinin üzvləri məhkəmədə rəsmi şəkildə onun azadlığa buraxılması üçün zamin durublar.


Əlavə edək ki, sabah növbəti məhkəmə prosesi keçiriləcək, Obuxov şəhər Məhkəməsində işə baxılacaq.


M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.




Aygün
BakuPost


Həmçinin oxuyun:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar