Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:07 / 22 Dekabr 2022

Ürək sağlamlığı üçün 5 ədviyyat

4547
Bəzi ədviyyatlar öz təsiri ilə ürək sağlamlığını qoruya bilir.

Bakupost.az həmin faydalı ədviyyatları təqdim edir.

Sarımsaq – hind həkim Çaraka sarımsağın ürək üçün tonizəedici təsir göstərdiyini, damarlardan qanın rahat axışını təmin etdiyini bildirmişdi. Yüksək xolesterini sarımsaqla müalicə etmək olur.

Zəncəfil – ürək toxumasına iltihab əleyhinə təsir edir, oksidləşdirici stresi azaldır, xolesterini salır, təzyiqi düşürür. Zəncəfil çayı ürəyi qoruyur.

Qara istiot – güclü antioksidant, iltihab əleyhinədir, lipid səviyyəyisinin qalxmasına qarşıdır. Ürək tutmasından sonra ürəyin normal fəaliyyətini bərpa edə bilər.

Sarıkök – 5000 il əvvəl kurkumin xroniki iltihabi proseslər, pankreatit, bağırsaq xəstəlikləri, neyrodegenerativ xəstəliklər, qaraciyər zədələnməsi və ürək xəstəliklərində istifadə olunub.

Hil – Hipolipidemik təsiri var, lazımsız xolesterini qovur.

Ürəyin gücünü artırır, qanı dezinfeksiya edir.

Ürək sağlamlığınız üçün bu ədviyyatlardan istifadə edə bilərsiz.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar