Ru
09:55 / 18 İyul 2019

ANS-dən Vahid Mustafayevlə bağlı açıqlama - VİDEO - YENİLƏNİB

3903



ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bəzi saytlarda ANS-in prezidenti Vahid Mustafayevin avtomobilinin guya qayda pozması barədə yazılan xəbərlərə rəy bildirib. 


Mais Məmmədov bildirib ki, həmin xəbərdə yayılan yeganə doğru məlumat odur ki, Azərbaycana ilk dəfə "Gelandevagen”i gətirən Vahid Mustafayev olub.


M.Məmmədovun dediyinə görə, birincisi, Vahid müəllim çoxdan avtomobil idarə etmir, bu vəzifəni sürücülər həyata keçirir. İkincisi, qarajımızdan aldığımız məlumata görə, adı çəkilən nəqliyyat vasitəsi həmin vaxt qarajda olub.


”Məlumdur ki, Vahid Mustafayev nüfuzlu, maraqlı şəxsdir, onun barəsində yayılan hər hansı xəbər dərhal reytinq gətirir. Qeyd edim ki, bu yalan məlumat təxribat məqsədi ilə yayılıb, lakin təxribat etmək istəyənlər bilsinlər ki, növbəti cəhdləri də baş tutmayıb. ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri bildirib ki, yayılan məlumatlarda guya avtomobilin üç balla cərimələndiyi də yazılıb. Dövlət Yol Polisindən məlumat ala bilərsiniz. Həmin avtomobilin heç bir cəriməsi yoxdur! Digər tərəfdən, hüquq-mühafizə orqanları belə qondarma məlumatları yayan şəxslər və hər hansı qurumlarla bağlı ciddi ölçü götürməlidir. Biz müharibə şəraitində yaşayırıq. Bu hərəkətlər hansı məqsədi güdür?”- deyə ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov vurğulayıb.


M.Məmmədov həmkarlarını qınayıb: "İyulun 18-də ANS TV-nin bağlanmasından üç il ötəcək. Respublika Prokurorluğu ANS-in fəaliyyətində hər hansı istintaq hərəkəti tapmadığını etiraf etdi. Nəyə görə heç bur günahı olmadığı sübuta yetirilən ANS-in fəaliyyətinin bərpa olunması barədə ciddi araşdırma aparmayan və ya məlumat yaymayan saytlar xırda, özü də yanlış məlumatı vur-həşirlə yaymağa başlayır? Düz etmirsiniz, həmkarlar...”.

***ANS-in prezidenti Vahid Mustafayevin avtomobili ilə kobud qaydasına yol verilib.

Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb. Belə ki, Balans MMC-yə məxsus olan və Vahid Mustafayevin idarə etdiyi 10 AS 660 dövlət nömrə nişanlı "Mercedes Galenvagen" markalı avtomobil svetoforun qırmızı işığında hərəkəti davam etdirib. Bununla da o, 60 manat 3 ballıq xətaya yol verib. Hadisə iyulun 16-da, saat 22.20 radələrində baş verib.


Qeyd edək ki, Vahid Mustafayev Azərbaycana "Galenvagen"i ilk gətirən şəxsdir və həmin avtomobili özü idarə edir. 


Videoda 99 XH 411 nömrə nişanlı avtomobilin də qırmızı işıqda hərəkət etdiyi əksini tapır.


Görüntüləri təqdim edirik:

(avtosfer.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər