Ru
16:03 / 20 Fevral 2019

Vəfat etmiş şəxsə necə protokol yazılıb?

2392
 



Vəfat etmiş şəxsə inzibati cərimə yazılması barədə yayılmış xəbərlərə  DİN-in Baş DYP İdarəsindən münasibət bildirilib. 


İdarədən BakuPost-a verilən məlumatda qeyd olunur ki, "NISSAN PATROL” markalı, 90-FH-041 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 19.10.2018-ci il və 04.01.2019-cu il tarixlərdə törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib.


"Həmin qayda pozuntuları üzrə icraat aparılarkən qeyd olunan inzibati xətaların dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyi aşkar edildiyindən, qanunvericiliyin tələbinə əsasən, həmin dövlət qurumuna müvafiq sorğu göndərilib.


Lakin, sorğu ilə bağlı BDYPİ-yə təqdim olunan məlumatda sözügedən nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxsin sürücülük vəsiqəsinin seriyasında "F” hərfi "C” kimi göstərildiyi üçün inzibati tənbeh vermə haqqında elektron qərarlar yanlış olaraq başqa şəxsin adına tərtib edilib.


Hal-hazırda, qeyd olunan uyğunsuzluq BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində aradan qaldırılıb, təqsirkar şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar tərtib edilib”.  


Baş DYP Idarəsi yol hərəkəti iştirakçılarına müraciət  edərək bir daha xahiş edir ki, analoju uyğunsuzluqla rastlaştdıqları hallarda, Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya "902 Qaynar Xətt” mərkəzinə müraciət etsinlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər