Ru
17:10 / 31 İyul 2019

Vidadi Həsənov “Xalq artisti” oldu – Sərəncam

Vidadi Həsənov “Xalq artisti” oldu  – Sərəncam
Eye

Tanınmış aktyor  Vidadi Həsənova "Xalq artisti” fəxri adı verilib.


 

BakuPost xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncamda qeyd olunub. 

Vidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.

 

Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb.



Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə 2009-cu ildə Tiflis,2010-cu ildə Moskvada ssenaristlər kursunu keçıərək beynəlxalq sertifikat alıb. Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə 2011-ci ildə Almata şəhərində keçirilən tələbələrin I beynəlxlaq teatr festivalında rəhbəri olduğu kursun tələbələri "Qran-pri" mükafatı alıb. 9 may 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

 

2016-cı ildə "Media Company"-nin nəzdində yaradılmış "M. Teatr Production"un bədii rəhbəridir.





Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar