Hansı bank etibarlıdır? - SORĞU
Ru
23:17 / 08 Sentyabr 2021

Videosu yayılan Göyüşov danışdı: "Xanım yarıçılpaq idi, telefonu söndürdüm"

13185

"Haqqımda yayılan video şəxsimə qarşı edilən şantaj və qurmadır".



Bakupost.az xəbər verir ki, bu sözləri azadinfo.az-a bu gün intim görüntüləri yayıldığı iddia edilən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov bildirib.

“Bu gün bir xanım mənə görüntülü zəng etdi. Dəfələrlə zəngi geri çevirsəm də, o, mənə təkrar zəng vurdu. Çox zəngdən sonra açdım. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Xanım yarıçılpaq formada idi. Ona irad bildirib, telefonu söndürdüm. Sonra o, yenə yığdı. Yayılan videodan da görünür ki, mən məsələni anlamıram. Çünki ilk dəfə idi, belə bir halla qarşılaşırdım. Gördüm, qadının məqsədi başqadır, onu bloka atdım. Bir az sonra mənə Türkiyə nömrəsi ilə bu video göndərildi. Məni şantaj elədilər ki, əgər onlarla əlaqəni kəssəm, haqqımda video paylaşacaqlar. Təbii ki, onların bu istəyini rədd elədim.

İndi məndən qisas almaq üçün o videogörüntünü yayıblar”, - deyə o bildirib.

Göyüşov bildirib ki, həmin şəxslərin məqsədi onun ictimai-siyasi nüfuzuna kölgə salmaqdır:

“Hər şey ortadadır. Bu şəxslər mənim ictimai-siyasi nüfuzuma kölgə salmağa çalışır. İlk dəfə deyil ki, belə hallar yaşanır. Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa onlar mənim harada çalışdığımı haradan bilir? Təbii ki, bu, sifarişlidir”.

Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    YAP çı lar Azərbaycanı korrupsiya məngənəsində boğurlar

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar