Ru
17:35 / 15 Sentyabr 2023

Vilayət Eyvazov türk polisi təltif etdi - FOTO

Vilayət Eyvazov türk polisi təltif etdi - FOTO
Eye

Sentyabrın 8-də UEFA 2024 Avropa Çempionatının Türkiyə-Ermənistan matçında stadiona gələn azarkeşlərin yoxlanışında Azərbaycan Bayrağına göstərdiyi ehtirama görə Türkiyə Daxili İşlər Nazirliyinin Düzcə Emniyət Müdirliyinin polis məmuru Ramazan Şahin Azərbaycan Respublikası DİN tərəfindən təltif edilib.

DİN-in mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq və dostluğun rəmzi olaraq R.Şahinin “Beynəlxalq Əməkdaşlığa Görə” döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalayıb.


DİN əməkdaşları Türkiyəyə gedərək təltif medalını və xatirə hədiyyələrini Emniyət Müdiri İbrahim Ergüdərin iştirakı ilə R.Şahinə təqdim ediblər.



Vilayət Eyvazov türk polisi təltif etdi - FOTO
Vilayət Eyvazov türk polisi təltif etdi - FOTO
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar