Ru
13:00 / 21 Avqust 2019

“Övladları onun yolunu davam etdirəcək” - Mərhum pilotun həyat yoldaşı

3475
"Rəşadın iki gül balası qaldı. Onlar onun yolunu davam etdirəcəklər”.


Bakupost xəbər verir ki, bunu bu gün dəfn olunan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova bildirib.


Onun sözlərinə görə, Rəşadın məğrurluğu, şücaəti güvən verirdi ki, o, sağ-salamat evə, övladlarının yanına qayıdacaq: "Ancaq təəssüf ki, xəyallarımız baş tutmadı".


O bildirib ki, Rəşad mərd, vətənpərvər, gözəl insan idi. "Həyat yoldaşım pak hislərlə yaşayırdı. Balalarım onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər".


Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: "Hava şəraiti onun bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".

(apa)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər