Ru
13:57 / 27 İyun 2019

Xalq artistindən prezidentə müraciət - Xalqı "həkimlər"dən xilas edin

2643
Xalq artisti Brilliant Dadaşova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Bakupost xəbər verir xəbər verir ki, müğənni Azərbaycan həkimləri ilə bağlı ölkə prezidentinə şikayət edib: 


"Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi "həkim"lərin əlindən xilas edin. Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi. 


Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə, onu işdən uzaqlaşdırırdılar. Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir".


Xalq artisti paylaşımında Prezidentin sosial şəbəkə hesabını da işarəyib. 
Xalq artistindən prezidentə müraciət -  Xalqı "həkimlər"dən xilas edin
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər