Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.
BakuPost xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, T.Ağamalıyeva sağ baldır sümüyünün çox qəlpəli sınığı və travmatik şok diaqnozu ilə Şəki Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, Şəkidə Xan Sarayının həyətində çoxəsrlik Çinar ağacının budaqları güclü külək nəticəsində qırılıb turistlərin üstünə aşmışdı. Hadisə zamanı 19 nəfər xəsarət alıb. Yaralılardan 7 nəfəri xarici vətəndaşdır.