Ru
23:34 / 18 İyul 2019

Xəzərdə 19 yaşlı gənc boğularaq ölüb

2049
Xəzər dənizində, qeyri-çimərlik ərazidə bir nəfər çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyindən BakuPost-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə bir nəfərin çimərkən batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər