Ru
15:19 / 29 İyul 2020

Xəzərin hasarlanması, qoruqların zəbt edilməsi, qanunsuz ov... – VHP dövləti tədbir görməyə çağırdı

Xəzərin hasarlanması, qoruqların zəbt edilməsi, qanunsuz ov...  – VHP dövləti tədbir görməyə çağırdı
Eye


Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda ətraf mühitlə bağlı yaranmış problemləri diqqətə gətirəcək bəyanat yayıb.
BakuPost həmin bəyanatı təqdim edir:

“Dünyanı bürüyən pandemiya təbiətin mühafizəsini bir daha ön plana çəkdi. Bu gün Azərbaycanda su problemi ilə bağlı yaşananlar ətraf mühit problemini yenidən gündəmə gətirdi. Təəssüf ki, Azərbaycanda təbii ehtiyyatlar, təbiətin qorunması ilə bağlı bir xeyli problem həll edilməmiş qalmaqdadır və bu sahədə durumun fəlakət həddinə çatmasını gözləmədən təcili tədbirlər görülməlidir.

Narahatlıq doğuran ən ciddi problemlərdən biri ölkənin dəniz, meşə və torpaq ehtiyyatlarının qeyri-qanuni şəkildə istismar edilməsidir. Azərbaycan Xəzər dənizinin sahilində yerləşməklə insanlarımıza və ölkəmizə təbiət böyük bir töhfə verib. Amma Xəzərin çirkləndirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərin dəniz boyunu hasara alması, təbiəti işğalı bu sərvətdən istifadəni məhdudlaşdırır.



Eyni proses Milli Parklar və qoruqlarda da baş verir. Milli Parklar və qoruqlar sayı azalmaqda olan bitki və heyvan növlərini mühafizə üçün nəzərdə tutulub. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Amma təəssüf ki, bu, bəzi görəv sahiblərinin şəxsi maraqlarına qurban verilir. Məsələn, son illər xarici ölkələrdən gələn ov tursitlərinin ölkəmizə ayaq açaraq milli parklarda müxtəlif heyvanların ovuna çıxır və bununla bağlı dövri mətbuatda məlumatlar yayılıb.



Düzdür, pandemiya ilə bağlı sərhədlərin bağlanması bu prosesi dayandırıb, lakin qanunsuz ov etmə Azərbaycan təbiətinə ziyanı vurub.

Bu gün isə Milli Parkların və qoruqların vəzifəli və imkanlı şəxslərin təsərrüfatlarına istifadəyə verilməsi haqda da məlumatlar var. Bütün bunlar təbiətə qarşı yanlış davranışlardır və zaman göstərir ki, təbiət ona edilən pisliyi unutmur, cavabı isə çox sərt olur.

Vətəndaş Həmrəyliyi Partiyası əlaqədar dövlət qurumlarından təbiətə qarşı törədilən qanunsuzluqlarla bağlı qəti tədbirlər görülməsini, bu işdə vəzifəsindən və sosial durumundan asılı olmayaraq, heç kəsə güzəşt edilməməsini tələb edir”.




Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar