Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.
Bakupost.az Report-a istinadən xəbər verir ki, toplantının gündəliyinə 2 məsələ daxil edilib.
İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşdiriləcək və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyri-etika hərəkətlərinə qiymət veriləcək.