Ru
16:56 / 19 Noyabr 2018

“Yaşamaq zarafat deyil” - Arzu Bəyim “Çöldə” atası ilə bağlı nələr danışıb?/ VİDEO

4101
Yaradıcı Yönətmən Eltən Qədimbəylinin "Çöldə Yaşam Öyüdləri” verilişinin bu dəfəki qonağı çoxlarının jurnalist, yazar və senarist kimi tanıdığı Arzu Bəyim olub. 


BakuPost xəbər verir ki, bütün qız övladları kimi atası ilə duyğusal bağlılığı olan Arzu Bəyim elə verilişin əvvəlindən atası haqqında danışıb. Bildirib ki, bu gün uğur açarının sirri də valideynlərindən aldığı öyüdlərdə və oxuduğu kitablardadır. Bunların necə öyüdlər,  oxuduğu kitabların isə hansılar olduğunu bilmək verilişin izləyicilərinə çox maraqlı olacaq. Tanınan jurnalist və yazar Arzu Bəyim verilişin yaradıcı yönətməninin hansı sualına  Nazim Hikmətin

 

"Yaşamaq zarafat deyil,

Böyük bir ciddiyyətlə yaşayacaqsan,

Bir sincab kimi məsələn,

Yəni yaşamağın xaricində heç nə gözləmədən,

Yəni bütün işin gücün yaşamaq olacaq.

Yaşamağı ciddi qəbul edəcəksən”, - deyə cavablandırıb. Bu cavabın verilişin aparıcısında hansı etkini buraxdığı da izləyicilər üçün maraqlı olacaq. 

Verilişin izləyiciləri "Törə” sözünün hansı anlamları daşıdığını, "Törəli insan” kimlərə deyildiyini öyrənəcəklər. 


Yaşamdan zövq almaq çətin deyil, sadəcə onun sirrini hamı bilmir. Arzu Bəyim bu sirri verilişin izləyiciləri ilə paylaşıb. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər