Yeni dərs ilinin tədris planları təsdiqləndi

540
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib.

Bakupost xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycanın tədrisi Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün tədris planları və "Tədris planlarına dair qeydlər” təsdiq edilib.

Daha bir əmrlə azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və "Qeydlər” də təsdiq edilib.

Əmrlərin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər