Ru
10:01 / 08 Avqust 2020

Yeni nazir səfirlərin fəaliyyətini araşdırır - "Ciddi tədbirlər görüləcək" - VİDEO

Yeni nazir səfirlərin fəaliyyətini araşdırır  - "Ciddi tədbirlər görüləcək" - VİDEO
Eye


“Cənab Prezidentin tapşırığına uyğun olaraq, Xarici İşlər Nazirliyinin (XİN) həm aparatının, eyni zamanda xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizin işi, fəaliyyəti artıq təhlil olunur. Qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək”.

“BakuPost” xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, XİN-in mərkəzi aparatı, onun struktur bölmələri və xarici diplomatik nümayəndəliklər arasında koordinasiya işi ciddi formada təhlil edilməlidir: “İşin həcmi və hədəflər düzgün müəyyən edilməlidir və cənab Prezidentin müəyyən etdiyi əsas prioritet istiqamətlərə yönəlməlidir”.

Nazir bildirib ki, əsl peşəkar və vətənpərvər kadrların şəffaf, ədalətli seçim əsasında önə çəkilməsi xüsusi prioritet olacaq.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar