Ermənistan Baş naziri Nikol Paşinyan hərbi paradın ardından keçirilən brifinqdə jurnalistlərin sualını cavablandırıb.
Bakupost.az Globalinfo.az-ya istinadən xəbər verir ki, jurnalist alınan yeni hərbi texnikalarla Azərbaycana qarşı müharibədə hərbi üstünlük barədə sual verib.
Paşinyan isə bildirib ki, orduda aparılan dəyişikliklər müharibə məqsədi daşımır, əsas hədəf ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsidir:
“Ermənistan heç bir tərəfi “məğlub etmək” niyyətində deyil və ərazi məsələlərinin həlli sərhədlərin delimitasiyası prosesi ilə bağlıdır”.