Yeni Zelandiyadakı səfirimiz "BakuPost"a dəhşətli terrordan danışdı - EKSKLÜZİV

956
 
"Yeni Zelandiyada baş verən terror hadisəsində ölən və ya yaralanan şəxslər arasında azərbaycanlı yoxdur. Hazırda biz araşdırmalarımızı davam etdiririk, ancaq indiyə qədər olan məlumata görə, məscidlərdə hücuma məruz qalan şəxslər arasında Azərbaycan vətəndaşları yoxdur".
 
Bunu Bakupost.az-a eksklüziv açıqlamasında Azərbaycanın Avstraliya, Yeni Zelandiya və Fici adalarındakı Səfirliyinin müvəqqəti işlər vəkili Elcan Həbibzadə deyib. 
 
Diplomat bildirib ki, səfirlik hazırda terror hücumuna məruz qalan şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmadığına dair araşdırmanı davam etdirir, lakin hələ ki, belə fakt yoxdur: "Biz araşdırmanı davam etdiririk. Xəsarət alanlar arasında azərbaycanlı olduğuna dair məlumat olsa, bu barədə əlavə informasiya veriləcək".
 
Qeyd edək ki, bu gün Yeni Zelandiyada silahlı şəxslər bir neçə məscidə hücum edib. Terror hücumu nəticəsində 40-dan çox adam ölüb, 50-dən çox şəxs isə yaralanıb. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər