Ru
17:35 / 21 Avqust 2019

Yeniyetməni xəstəxanaya çatdırmaq istədi - Qəzaya düşüb öldü

4392
Quba rayonunda avtomobillə vurulan yeniyetməni xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb.


Hadisə Rustov kəndində qeydə alınıb. 


Belə ki, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov kənd içində avtomobilin vurduğu qonşusunun oğlunu öz maşını ilə xəstəxanaya çatdırmaq istəyib. Ancaq idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə E.Əzizov hadisə yerində ölüb. 


Yeniyetməni vuran sürücünün kimliyi məlum deyil. 


Faktla bağlı araşdırma aparılır.

(report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər