Yol polisindən maşına gerb yapışdıranlara XƏBƏRDARLIQ

870
 
"Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BakuPost-a bildirib. 

Şöbə rəisi qeyd edib ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yol verilməzdir.

Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür”.
Sonda Rüfət Quliyev qeyd edib ki, dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər