Ru
17:01 / 23 Noyabr 2022

İsa Həbibbəylinin oğlu saxlanılıb? - "Əlaqə saxlaya bilmirəm"

İsa Həbibbəylinin oğlu saxlanılıb? - "Əlaqə saxlaya bilmirəm"
Eye

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.



Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylidir.


Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb.


İsa Həbibbəyli oğlunun rəhbəri olduğu Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatdan danışıb.


O, "Unikal"a açıqlamasında bu sözləri deyib:


"Hazırda Naxçıvan Gömrük Komitəsində yolxama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur", - deyə o bildirib.


Şərhlər
  • t.ədalət

    Ölkədəki bütün vəzifələr kürdlər arasılnda pay-püşk edilib.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar