Ru
19:02 / 13 Avqust 2019

Yük maşını dərəyə aşdı - Sürücü yaralandı, oğlu təkərin altında qaldı - YENİLƏNİB

2751

İsmayıllıda yük avtomobilinin dərəyə aşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.


Hadisə zamanı "HOVA” markalı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Fazil Hüseyn oğlu xəsarət alıb. Sürücünün maşında olan oğlu, 17 yaşlı Süleyman Hüseynov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti FHN xilasediciləri tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayıllı rayonu ərazisində qeyd alınıb. "HOVA” markalı, 99 CZ 905 dövlət nömrə nişanlı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü xəsarət alıb, onun oğlu isə aşan avtomobilin təkərinin altında qalaraq dünyasını dəyişib.


Hadisə yerinə FHN-nin xilasetmə qrupunun əməkdaşları cəlb olunub.


Hazırda meyitin yük avtomobilinin altından çıxarılması üçün tədbirlər görülür.

(apa)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər