Ru
17:46 / 01 İyun 2017

Yusif Məmmədəliyevin nəvəsinə yüksək vəzifə verildi

Yusif Məmmədəliyevin nəvəsinə yüksək vəzifə verildi
Eye

Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər edib. 



BakuPost.az xəbər verir ki, bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında bəzi yeni vəzifələr yaradılıb, yeni təyinatlar gerçəkləşib.

Adminstrasiyada yaradılan yeni vəzifələrdən biri Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri postudur. Ölkə başçısı bu vəzifəyə Yusuf Məmmədəliyevi təyin edib.



Modern.az saytına verilən məlumata görə, Prezident Administrasiyasında şöbə müdiri vəzifəsinə gətirilən Yusuf Məmmədəliyev Azərbaycanın məşhur akademiki olmuş mərhum Yusif Məmmədəliyevin nəvəsidir.



Xatırladaq ki, görkəmli kimyaçı alim, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasına rəhbərlik edib.

 

BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar