Ru
14:21 / 23 Yanvar 2019

“Öz ərizəmlə çıxmışam” - AzTV-dən gedən rəis

2107
 


"AzTV-dən öz ərizəmlə çıxmışam. Kimsə məni işimdən çıxarmayıb. Alışanovun dövründə deyil, bir neçə gün bundan qabaq ərizə yazmışam”.  


BakuPost xəbər verir ki, bunu Modern.az-a açıqlamasında AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi Şahrza Əliyev deyib.


Ş.Əliyev bildirib ki, onun fəaliyyətiylə bağlı audit yoxlamalarının aparıldığı barədə xəbərlər doğru deyil: "Bircə onu deyə bilərəm ki, heç bir audit yoxlamaları aparılmır”.


Şahrza Əliyev gələcək fəaliyyətindən də söz açıb: "Bir müddət təhsil sahəsində çalışmışam. Təbii ki, bizə ehtiyac olacağı təqdirdə yenidən təhsil sahəsinə qayıtmağımız mümkün ola bilər. İxtisasca iqtisadçıyam. Harada olsa, özümə iş tapmaq gücünə malikəm. O qədər özəl şirkətlər var ki!.. İqtisadçılara həmişə ehtiyac var. Ona görə də işdən çıxmağımla bağlı heç bir problem yoxdur”.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər