Zakir Fərəcov “Bu şəhərdə”nin konsertinə icazə verməyib?

626

Sumqayıtda "Bu şəhərdə” komandasının konsert təşkil etməsinə icazə verilməyib.

BakuPost xəbər verir ki, bu barədə komandanın bədii rəhbəri Müşfiq Abbasov məlumat yayıb. O, konsertin təşkili üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova müraciət etdiklərini qeyd edib: "Mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq, nəticədə bizə məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə"nin konsertlərinin keçirilməsinə icazə verilmədi”.

İcra hakimiyyətindən "Bu şəhərdə”nin iddiasına cavab verilib. Bildirilib ki, "Bu şəhərdə” komandasının konsert keçirməklə bağlı müraciətinə "yox” cavabı verilməyib.

""Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil olunub. Onların konsert proqramında şəhər rəhbərliyi, eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə çıxış etmək niyyətləri varsa və İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi, yenə də konsertlərini keçirə bilərlər”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər