Ru
17:17 / 20 Fevral 2019

Zakir Həsənov yeni səfirlə görüşdü

1933
 


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op ilə görüşüb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.


Tərəflər hərbi sahədə münasibətlərin uğurla davam etdiyini, əsasən hərbi təhsil sahəsində əməkdaşlığı, Azərbaycan Ordusunun hərbi qulluqçularının Koreya hərbi məktəblərində təhsil almalarını, eləcə də bu ölkədə keçirilən müxtəlif treninqlərdə iştirakını xüsusi vurğulayıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar.


Koreyalı səfir Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər