Ukraynanın
yeni prezidenti Vladimir Zelenski 2018-ci ilə olan vergi bəyannaməsini dərc
edib.
BakuPost.azxəbər verir ki, bu barədə Newsfinance.ua
məlumat yayıb.
Məlumata
görə, V.Zelenski 2018-ci ildə 4 milyon 170 min qrivna (160 min dollar) qazanıb.
Bəyannaməyə
əsasən, Vladimir Zelenski paytaxt Kiyevdə beş evə, İtaliyada iki evə, Böyük
Britaniyada icarəyə götürülmüş iki evə, Gürcüstanda tikintisi gedən 10 hotelə
sahibdir. Prezidentin "PrivatBank"dakı hesabında 400 min dollar,
"OTP Bank"da isə 1 milyon qrivnası var.
Həmçinin
bildirilir ki, ötən il Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya 5 milyon 500
min qrivna gəlir əldə edib.
Qeyd
edək ki, bu gün Ukrayna Ali Radasında Vladimir Zelenskinin and içmə mərasimi
baş tutub. Mərasim zamanı yeni prezident parlamenti buraxdığını elan edib.