Zelenski Putinlə nə danışdı - TƏFƏRRÜATLAR

638
Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskinin telefon danışığının təfərrüatları məlum olub.

Bakupost "TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında tərəflər arasında söhbətin 20 dəqiqə davam etdiyini bildirib.

"Bu, prezidentlərin ilk, tanışlıq xarakterli danışığı idi. Bilirsiniz ki, onlar ilk dəfə telefon vasitəsilə əlaqə saxladılar. Bundan öncə dövlət başçılarının hər hansı əlaqəsi olmayıb. Danışıq olduqca praqmatik xarakter daşıyıb”, -deyə Peskov vurğulayıb. 

Qeyd edək ki, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub. Liderlər Donbassdakı münaqişənin nizamlanması məsələlərini, eləcə də danışıqların Normand formatında davam etdirilməsinin mümkünlüyünü də müzakirə ediblər.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər